SOCAR 203,604 mln. dollar sifariş topladı

SOCAR 203,604 mln. dollar sifariş topladı
16:53 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 mln. dollar məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarına 2 dəfədən çox tələbat yaranıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, sentyabrın 20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 mln. dollar məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb.

Dəyəri 100 mln. dollar təşkil edən SOCAR istiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203,604 mln. dollar sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcəkdir, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.

Yekun nəticələr 14 oktyabr tarixi etibarı ilə dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec 18 oktyabr tarixində həmin proses tamamlanacaq.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR