Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

APA ilə Bolqarıstanın FOCUS Xəbər Agentliyi arasında saziş imzalandı

APA ilə Bolqarıstanın FOCUS Xəbər Agentliyi arasında saziş imzalandı

Firefox Focus for iOS protects from internet advertising (19 November 2016 12:34)

Date: 11 October 2016 16:59

APA İnformasiya Agentliyi ilə Bolqarıstanın FOCUS Xəbər Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

 

APA-nın məlumatına görə, müqaviləni APA İnformasiya Agentliyinin daxil olduğu "APAHolding" MMC-nin prezidenti Vüsalə Mahirqızı və FOCUS agentliyinin rəsmi nümayəndəsi Krassimir Uzunov imzalayıb.

 

Razılaşmaya əsasən, iki agentlik arasında qarşılıqlı xəbər mübadiləsi həyata keçiriləcək, ölkə ilə bağlı tərəfdaş agentliyin məlumatlarından istifadəyə üstünlük veriləcək. Bundan başqa, əməkdaşların peşəkarlığının artırılması istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulur.

 

Xatırladaq ki, Bolqarıstanın FOCUS Xəbər Agentliyi 2000-ci ildə yaranıb və ölkənin aparıcı xəbər resurslarından biridir. Agentliyin məlumatları www.focus-news.net, www.focus-sport.net, www.focus-fen.net və  www.focus-radio.net saytlarında yerləşdirilir.

 

Agentlik Fransanın “France-Presse”, Rusiyanın RIA Novosti, İnterfax, TASS, Ukraynanın “Novosti”, İspaniyanın EFE, İranın IRNA, Böyük Britaniyanın BBC, Küveytin KUNA və 80-dən çox digər ölkənin 100-dən çox informasiya qurumları ilə əməkdaşlıq edir.

 

APA İnformasiya Agentliyi 2004-cü ildə yaranıb, altı dildə xəbər xidməti göstərir. Dünyanın bir çox informasiya agentlikləri ilə əməkdaşlıq edir. 


Tags:  APA Bolqarıstanın FOCUS Xəbər Agentliyi arasında saziş imzalandı



RƏYLƏR


Top news