Qazaxıstan prezidentinin Azərbaycana səfəri təxirə salınıb

Qazaxıstan prezidentinin Azərbaycana səfəri təxirə salınıb
17:02 11 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.
Ümumiyyətlə, soyuqdəymə ilə əlaqədar müalicə alan N.Nazarbayevin görüş qrafikində yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısı təxirə salınıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın energetika naziri Natiq Əliyev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Hökumətlərarası komissiyasının Astanada keçirilən 13-cü iclasında Nursultan Nazarbayevin Bakıya səfərinin oktyabrın 12-də baş tutacağını bildirmişdi.
Eyni zamanda, Qazaxıstan prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün oktyabrın 13-də Yerevana səfər edəcəyi planlaşdırılırdı.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/qazaxistan-prezidentinin-azerbaycana-seferi-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR