Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda keçirilən referendumun nəticələri təsdiqlənib

Azərbaycanda keçirilən referendumun nəticələri təsdiqlənib

Date: 11 October 2016 17:02

Bakı. 11 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) yekun nəticələrini təsdiq edib.
“Report”un xəbərinə görə, səsvermə prosesi ilə bağlı MSK sədri Məzahir Pənahov məlumat verib.
Müzakirələrin yekununda MSK referendumun yekun nəticələrini təsdiqlənməsi ilə bağlı qərar qəbul edilib.
Qərarda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) yekun nəticələri təsdiq edilir, qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri səsvermədə iştirak edib.

Tags:  Azərbaycanda keçirilən referendumun nəticələri təsdiqlənib

RƏYLƏR


Top news