Referendumla bağlı bu məntəqələrin nəticələri ləğv olundu

Referendumla bağlı bu məntəqələrin nəticələri ləğv olundu
17:03 11 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 3 seçki məntəqəsində seçkinin nəticələri tam ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova deyib ki, 1 seçki məntəqəsində isə seçki nəticələri qismən ləğv olunub: “Bununla da 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlibadad kənd Seçki Dairəsi 2 saylı seçki məntəqəsində seçkinint nəticələri tam, 64 saylı saylı Sabirabad Seçki Dairəsinin 35 saylı seçki məntəqəsində seçkinin nəticələri qismən ləğv edilib”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR