Dünyanın ən hündür idmançısı Mars planetinə səfir təyin edildi

Dünyanın ən hündür idmançısı Mars planetinə səfir təyin edildi
17:05 11 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Karyerasını bitirmiş peşəkar Çin basketbolçusu Yao Minə qeyri-adi və rəmzi təyinat verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, Mars planetinə səfir təyin edilib. Vaxtilə "Hyuston Roket" klubunda forma geyən Yao Min Milli Basketbol Assosiasiyasında səkkiz mövsüm keçirib.

Otuz altı yaşlı idmançıdan başqa, sözügedən fəxri missiyaya Çinin daha 10 məşhur adamı təyinat alıb. Səfir missiyasında məqsədin kosmik proqramın öyrənilməsinə, gələcəkdə Marsa uçuşlara dəstək göstərmək və ictimaiyyətin bu təşəbbüsə diqqətini cəlb etməyə yönəlib.

Hələ avqust ayında rəsmi Pekin bəyan etmişdi ki, dörd il sonra çinlilərin planetlərarası səyahətinə başlanacaq. 2020-ci ilin yayında Haynan əyalətinin Vençay kosmodromunda "Çançjen-5" (Böyük yürüş) raketdaşıyıcısının səmaya buraxılması nəzərdə tutulur. Əvvəlcə, Çinin nəhəng raketdaşıyıcısının köməkliyi ilə Yer kürəsinin orbitindən "qırmızı planet"də tədqiqat aparmaq üçün Marsa zond göndərilməsi planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR