Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib

Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib

İtaliya çempionatı: “Napoli” “Roma”nı məğlub edib (04 Mart 2017 21:07)
AVRO-2024 Türkiyədə keçirilə bilər (02 Mart 2017 15:22)
Budepeşt şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib (01 Mart 2017 15:12)

Tarix: 11 Oktyabr 2016 17:07

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. "Report"un məlumatına görə, bu barədə CONİ-nin prezidenti Covanni Malaqo açıqlama verib.
O, Beynəlxalq Olimpiya Komitəsinə imtina məktubu ünvanladıqlarını bildirib.
Sentyabrın 21-də Romanın yeni seçilmiş meri Virciniya Raci Oyunlara namizədlikdən imtina edəcəklərini bildirib. Tezliklə bu qərar şəhər şurasının iclasında ratifikasiya olunub.
Qeyd edək ki, Roma 1960-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. İtaliya paytaxtı 2020-ci il olimpiadasına da namizədliyini verib. Amma İtaliya hökuməti iqtisadi böhran üzündən imtina qərarı verib. 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. Romanın imtinasından sonra Oyunlara namizəd qismində Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) qalıb.



Teqlər:  Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib



RƏYLƏR


Top xəbərlər