Həddən artıq yalan danışırsınızsa...

Həddən artıq yalan danışırsınızsa...
17:09 11 Oktyabr 2016
50 Digər
Ölkə mətbuatı
A- A+

Sevda Sultanova
 
Məişətdən tutmuş daha geniş müstəviyə kimi olan məsələlərdə yalanın konteksti dəyişir.
Məsələn, fərdlər, valideyn-övlad, ər-arvad arasında elə yalanlar ola bilər ki, bu, elə də ciddi əhəmiyyət kəsb eləməz. Yəni bunu faciəyə çevirmək lazım deyil. Dünyada lazımsız həqiqətlər var ki, daha çox onların söylənilməsi ziyan verə bilər. Tutaq ki, bir ağır xəstəni ümidləndirmək üçün yalan demək məqbuldur. Yaxud hansısa faciədən qaçmaq üçün.
Bir məsələ də var, ailədə yalan deyilirsə, bu, həm də həmin ortamda güvənsizliklə, inamsızlıqa bağlıdır.
Daha geniş müstəvidə yalandan danışırqsa, bu gün çox yayğın dezinformasiyanı misal gətirmək olar. Sosial şəbəkələrin yaranması ilə doğru olmayan məlumatlar daha çox yayılır. Baş verən hər hansı mühüm hadisələrlə bağlı yalan məlumatların verilməsi xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
 
 
İlqar Rəsul
 
Bir adamın özünün həqiqət olmadığını bildiyi halda məqsədli şəkildə başqasının düşüncəsində həqiqət olaraq yazdığı, yaxud yazmağa çalışdığı məlumata, fikrə, yalan deyilir.  Yalan mövcud iki mümkün vəziyyətin biridir. Yəni, yalan həqiqətin əksidir.
 
Yalan həqiqətə uyğun olmayan informasiyadır. Son zamanlar sənədli filmlərdə artıq həqiqətlə yalanın sərhədi itib. Hətta sənədli filmlərdə tamaşaçıya deyilənlərin həqiqət, yaxud yalan olduğunu müəyyənləşdirmək xeyli çətinləşib.  Müasir dünyada sənədlilik filmlərdə həqiqəti yalan, yalanı həqiqət kimi təqdim etməyə və bunun üçün absurda qədər gətirib çıxardan faktlardan istifadə etməyə imkan verir.
 
"Sənədli film" kimi rəsmiləşdirilən, sənədli kimi təqdim olunan filmlər yetərincədir və bu səbəbdən artıq yalanla həqiqət arasında sərhəd itib. 
 
Psixologiyada yalan fenomeni geniş istifadə olunur. Yalanın müəyyən olunması ilə bağlı çoxlu təkliflər var. 
Fray Odlerin fikrincə "yalan - başqasına xəbərdarlıq etmədən onda həqiqətə uyğun olmayan fikir formalaşdırmağa edilən uğurlu və ya uğursuz cəhddir".
 
Yalanın kateqoruyalarından biri də patoloji yalançılıqdır. İnsan heç bir məcburi və ya adi səbəb olmadan yalan danışır. Yəni insan yalanla yaşayır və ondan zövq alır. Bu patoloji yalançılıqdır. Əksər mütəxəssislər patoloji yalançılığa psixi və sosial xəstəliyin ayrılmaz atributu kimi baxırlar. Hətta patoloji yalançıları narkomanlar, alkoqoliklər, psixopatlarla müqayisə  edirlər.
 
Çalışıb yalan danışmamaq lazımdır. Bunun ən sadə yollarından biri, insanın özünə güvənməsi, ciddi işlərlə məşğul olması və nailiyyətlər qazanmasıdır ki, yeri gələndə danışmağa həqiqəti, deməyə sözü olsun. 
 
Səbinə Babayeva- psixoloq
 
Yalanın səbəbləri insandan insana dəyişə bilir, lakin onun iki təməl səbəbi var:
1. Çıxar əldə etmək üçün yalan söyləyərik
2. Cəzadan qurtulmaq üçün yalan söyləyərik.
 
Uşaqlar isə valideynlərdən biri yalan danışırsa, yaxud sevilmək üçün yalan söyləyərlər. Onu da qeyd edim ki, daim cəza verən, tənqid edən valideynə uşaq yalan söyləməyə başlayır. Əsasən uşaqlıq dövrünün 2- 4 yaş arası inkişafı zamanı onlara xüsusi diqqət ayırmaq lazımdır. Bəzən bu dövrdə uşağın ana-atadan ayrı uzun müddət başqa yerdə qalmasına yol verirlər, bu da uşaqda "dəyərsizlik" duyğusu yaradır. Bu zaman uşaq ətrafındakı insanlara özünü dəyərli göstərmək üçün yalanlar söyləyir, özünü "qəhrəman" kimi təqdim edir. Ətrafı da buna görə onu mükafatlandırdıqda, alqışladıqda artıq yalan söyləmək uşaqda getdikcə aludəçiliyə çevrilir. Sonda isə bu vərdiş  şəxsiyyət pozuntusuna səbəb ola bilir. Patoloji yalançılığa OKP, Sosiopatiya, Bipolyar pozuntusu olan insanlarda daha çox rast gəlinir. Əgər şəxs özü istəyərsə, psixoloji konsultasiya vasitəsilə bundan qurtula bilər.
 
Tam olaraq APA.TV-də izləyin.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR