Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən azərbaycanlının məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən azərbaycanlının məhkəməsi keçirilib

Date: 11 October 2016 17:12

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, E.Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub.
O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

Tags:  Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada həbs edilən azərbaycanlının məhkəməsi keçirilib

RƏYLƏR


Top news