Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Neft gələn il bahalaşacaq"

"Neft gələn il bahalaşacaq"

Date: 11 October 2016 17:12

OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı razılığa gəlməsi neftin qiymətində hələ ki artıma səbəb olub.

Milli.Az bildirir kİ, bunu azvision.az -a iqtisadçı Samir Əliyev deyib. Ekspert qeyd edib ki, bu gün neftin qiyməti ilə bağlı Dünya Bankından tutmuş müxtəlif beynəlxalq təşkilatlara qədər hər kəs müxtəlif proqnozlar verir. 

"Proqnozlar baş verən siyasi proseslərə əsasən ildə bir neçə dəfə dəyişir. Ona görə də bu gün neftin qiyməti ilə bağlı konkret rəqəm demək çətindir. Neftin qiymətinin qalxmasında həm fundamental, həm də siyasi səbəblər var. OPEC neftin hasilatını azaltmaqla bağlı noyabrda qərar verəcək. Bu informasiya artıq bazara təsir edir və qiymətlər artır. Neft alqı-satıqısı ilə məşğul olanlar qiymətlərin oynamasında maraqlıdırlar, belə olan təqdirdə onların qazancı çox olur". 

S.Əliyevin sözlərinə görə, gələn ilin yaz aylarından başlayaraq neftin bahalaşması müşahidə ediləcək. "Hələki neftin kəskin bahalaşması ilə bağlı proqnozlar yoxdur. Prqonozlar 2017-ci ilin yaz aylarından başlayaraq bahalaşmanın olacağını göstərir. Hələki artım var, amma qiymətlərin enməsi də mümkündür. Bu baxımdan birmənalı şəkildə söz demək çətindir. Neftin bahalaşması Azərbaycana daxil olan gəlirlərin artmasına səbəb olur. Ola bilər ki, bu il Azərbaycan nefti 60 dollara qədər qalxsın. Bu, situasiyadan asılıdır. Elə bir şərait də yarana bilər ki, bütün dünyada neft ucuzlaşar".

Milli.Az


Tags:  Neft gələn il bahalaşacaq

RƏYLƏR


Top news