Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqili Teratrda "O olmasın, bu olsun" tamaşası nümayiş olunub

Musiqili Teratrda "O olmasın, bu olsun" tamaşası nümayiş olunub

Date: 11 October 2016 17:17

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun" iki hissəli musiqili komediyası nümayiş olunub. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, "O olmasın, bu olsun" komediyası tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Mükafatını qazanmış bu tamaşa Musiqili Teatrın repertuarındakı ən çox uğur qazanan səhnə əsərlərindən biridir.

Qeyd edək ki, "O olmasın, bu olsun" tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn Əlili, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.

Milli.Az


Tags:  Musiqili Teratrda olmasın bu olsun tamaşası nümayiş olunub

RƏYLƏR


Top news