Norveçlə oyun öncəsi körpüdən yıxılan Nahidə təcili qan lazımdır

Norveçlə oyun öncəsi körpüdən yıxılan Nahidə təcili qan lazımdır
17:17 11 Oktyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan - Norveç matçından öncə Bakı Olimpiya Stadionuna getmək istəyərkən körpüdən yıxılaraq ağır xəsarətlər alan Zahidov Nahidin durumu ağır olaraq qalır.
 
Milli.Az futbol11.az-a istinadən bildirir ki, bu barədə xəstənin yaxınları məlumat verib. Onun səhər saatlarında vəziyyəti daha da ağırlaşıb. Bizə verilən məlumata görə, xəsarət alan azarkeşin I qrup qana ehtiyacı var.

Azarkeşimizə həyatda qalması üçün qan vermək istəyənlər (+994) 50 354 05 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Qeyd edək ki, Nahid qara ciyərin cırılması, dalağın partlaması, sidik kisəsinin cırılması, sağ böyrəyin əzilməsi, sol bazunun və çanaq sümüklərinin sınığı diaqnozu ilə 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR