Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da Azərbaycanda keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarının buraxılması ilə bağlı qərar qəbul edib.
Publika.az xəbər verir ki, həmin komissiyalar 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyalarıdır. Sözügedən komissiyalar səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə buraxılıb.
Vasif Həsənli