6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb - MSK

6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb - MSK
17:29 11 Oktyabr 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyası 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar 6 seçki məntəqəsində seçki komissiyalarını buraxıb.

 

APA-nın məlumatına görə, səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 11 saylı Qaradağ Seçki Dairəsinin 14 saylı seçki məntəqəsi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 10 saylı seçki məntəqəsi, 68 saylı Cəlilabad kənd Seçki Dairəsi  2 saylı seçki məntəqəsi, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 35 saylı seçki məntəqəsi, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 21 saylı seçki məntəqəsi və 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin seçki komissiyaları buraxılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR