İspaniya Futbol Federasiyasından Pikeyə dəstək

İspaniya Futbol Federasiyasından Pikeyə dəstək
17:37 11 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

2018-ildə keçiriləcək Dünya Çempionatından sonra millidəki karyerasını başa vuracağını bildirən Pike İspaniyada geniş müzakirələrə səbəb olub.

Goal.az-ın İspaniya Futbol Federasiyasına istinadən verdiyi məlumata görə, İspaniya mediası bu xəbərə üzülüb və futbolçuya millini tərk etməməsi üçün müraciət göndərib. Xatırladaq ki, son zamanlar İspaniya mediası sözügedən futbolçunu sərt tənqidlərə məruz qoymuş, milli futbolkasının qolunu kəsdiyinə görə cəzalanmasını istəmişdilər.

Bu söhbətlərdən sonra Pike açıqlamasında DÇ-2018-dən sonra milli karyerasını bitirəcəyini açıqlamışdı: ''İspaniya millisinə bağlı olduğumu göstərmək üçün hər şey etdim, daha nə etmək lazım idi axı? Millinin oyunları zamanı artıq həyəcanımı itirməyə başlayıram''.

Pikenin bu sözlərindən sonra yerli media futbolçuya dəstək göstərib: "Pikeni heç vaxt belə üzgün görmədik və sona qədər onun yanındayıq". 

Futbolçunun 2018-ci il dünya çempionatından sonra millidən ayrılmağı İspaniya konstitusiyasına ziddir. Belə ki, İspaniya konstitusiyasının 47.1 maddəsinə görə milli futbolçu komandanın oyunlarına çağırıldıqda bundan imtina edə bilməz. İspaniyanın katalon millət vəkillərindən biri vaxtıyla Barselonada forma geyinən Oleguer Presasın 2005-ci ildə o zamankı baş məşqçi Luis Araqones ilə danışıb bir daha millinin formasını geyinmədiyini və 1999-cu ildə qəbul edilən bu qanunun aradan qaldırılmasını xahiş edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR