Türkiyə terrora qarşı mübarizəni gücləndirir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri
Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, terrorla mübarizə çərçivəsində bu günə qədər
269 kamikadze zərərsiləşdirilib.
“PKK və İŞİD-ə eyni şəkildə güclü zərbələr vururuq. Onların girdiyi
yerlər məhv edildi, təhlükəsizlik qüvvələrinin hamısı təmizləndi.
Böyük miqdarda silah-sursat və narkotik maddələr məhv edildi.
Terrorun əl-qolu məhdudlaşdırılır. Bir sıra terror aktlarının
qarşısı alındı. Ümumilikdə, 269 canlı bomba zərərsizləşdirilib.
Türkiyəni qana boyamaq, zəiflətmək istəyən güclərə lazımi mesajlar
verilib”.
Baş nazir terrorla mübarizənin bundan sonra da sərt şəkildə davam
edəcəyini vurğulayıb.
Asif