Qara Qarayev: "Rəşad Sadıqovun yoxluğu ciddi itkidir"

Qara Qarayev: "Rəşad Sadıqovun yoxluğu ciddi itkidir"
17:42 11 Oktyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının kapitanı 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Çexiya ilə keçiriləcək səfər oyununda meydana çıxmayacaq. 
Bu barədə "Report"a milli komandanın üzvü Qara Qarayev bildirib.
Onun sözlərinə görə, R.Sadıqovun yoxluğunda kapitanlıq sarğısı böyük ehtimalla vitse-kapitan Rahid Əmirquliyevə həvalə olunacaq: "Baş məşqçi kimi kapitan olacağını açıqlamayıb. Ancaq böyük ehtimalla Rahid kapitan kimi meydana çıxacaq".
Yarımmüdafiəçi R.Sadıqovun yoxluğunu ciddi itki adlandırıb: "Təbii ki, onun komandaya böyük köməyi olur. Rəşadın yoxluğu komanda üçün ciddi itkidir. İndiki halda baş məşqçi hansı tapşırığı versə, onu etməyə, bu yoxluğu hiss etdirməməyə çalışacağıq".
Qeyd edək ki, Çexiya-Azrbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qara-qarayev-resad-sadiqovun-yoxlugu-ciddi-itkidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR