Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər

Həmsədrlər Dağlıq Qarabağa gedəcəklər
17:49 11 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Regiona növbəti səfərləri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri işğal olunmuş Dağlıq Qarabağa da getməyi planlaşdırırlar.

 

APA-nın məlumatına görə, bu sözləri Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “news.am” agentliyinə müsahibəsində deyib. O, bölgəyə səfərin bu ayın sonunda baş tutacağını və iki ölkənin rəhbərləri ilə görüşəcəklərini bildirib: “Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR