Erməni eks-qubernatorun qızı: "Bizi Qarabağdan olan kəmsavadlar idarə edir"

Erməni eks-qubernatorun qızı: "Bizi Qarabağdan olan kəmsavadlar idarə edir"
17:52 11 Oktyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Oktyabrın 5-də Ermənistanın Syunik (Zəngəzur) vilayətinin qubernatoru Surik Xaçatryan vəzifəsində kənarlaşdırıldı. Onun yerinə isə əslən Yerevandan olan, Zəngəzur mis-molibden zavodunun direktoru Maksim Akopyan təyin olundu.

Bu fakt Surik Xaçatryanın qızı Svetlananın qəzəbinə səbəb olub. Milli.Az modern.az-a istinadən bildirir ki, o, "Facebook" səhifəsindən Sarkisyan hakimiyyətini açıq dillə təhqir edib.
 
"Təəssüf edirəm ki, mənim xalqım belə müti quldur. Bütün mövcudluğu ərzində o, kiməsə tabe olub, indi isə onun başında durmağa bir nəfər yoxdur. Artıq 20 ildir ki, özlərini Qarabağa adlanan kiçik torpağın kəmsavad insanları bizi idarə edir. Əsl dəyanət sahibi olan syuniklinin idarə etdiyi torpağa da bu dəfə savadsız yerevanlını təyin etməklə bu müqəddəs torpağı murdarlamağa çalışırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR