MSK referndumun nəticələrini təsdiqlədi

MSK referndumun nəticələrini təsdiqlədi
17:53 11 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə protokol təsdiq edilib.

Publika.az xəbər verir ki, MSK-nın protokolunda respublika üzrə seçici fəallığının 69,7 faiz olduğu qeyd olunub.

Bundan əlavə, referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib.

Sonda MSK üzvlərinin hamısı protokola imza atıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR