Növbəti "milli döyüş": hədəf üçdə üçdür

Növbəti "milli döyüş": hədəf üçdə üçdür
17:54 11 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün futbol üzrə Azərbaycan millisi Dünya Çempionatın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Lent.az-ın məlumatına görə, millimiz bu gün səfərdə Çexiya ilə qarşılaşacaq.

Robert Prosineçkinin yetirmələri səfərdə San Marino, doğma meydanda Norveç üzərində qazanılan qələbə seriyasını davam etdirmək niyyətindədir.

Qrupda iki oyuna maksimum nəticə qazanan millimizin kapitanı Rəşad Sadiqov zədə ucbatında bu gün komandaya kömək edə bilməyəcək. Bu gün komandanın kapitanı Rahid Əmirquliyev olacaq. Rəşad Sadiqovu müdafiənin mərkəzində Bədəvi Hüseynov əvəz edəcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də  Ostravanın “Vitkovitse” stadionunda baş tutacaq.

 

Azərbaycan komandasının start heyəti: Kamran Ağayev, Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nəzərov, Namiq Ələsgərov, Ruslan Qurbanov, Ramil Şeydayev


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR