Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

Date: 11 October 2016 17:57

NATO növbəti il Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni "Sülh naminə əməkdaşlıq" proqramını hazırlayır.

Milli.Az bildirir ki, bunu Trend-ə NATO-nun Brüsseldəki mətbuat xidmətindən deyiblər. Alyansın ofisindən qeyd ediblər ki, Azərbaycan NATO-nun əhəmiyyətli və qiymətli tərəfdaşıdır.

NATO ofisindən deyiblər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyətə malikdir, həmçinin regionda sülhün və sabitliyin saxlanılmasında xüsusi rol oynayır: "NATO və Azərbaycan arasında əməkdaşlıq yalnız silahlı qüvvələrin müasirləşdirilməsi ilə məhdudlaşdırılmır, tərəflər arasında partnyorluq müdafiə islahatlarına, demokratik institutların və səmərəli idarəetmə strukturlarının qurulmasına da yönəlib".

Milli.Az


Tags:  NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək yeni proqram hazırlayır


RƏYLƏR


Top news