Energetika nazirinin müavini: “Bolqarıstan Cənub Qaz Dəhlizini dəstəkləyir”

Energetika nazirinin müavini: “Bolqarıstan Cənub Qaz Dəhlizini dəstəkləyir”
18:12 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İstanbul. 11 oktyabr. REPORT.AZ/ “Bolqarıstan Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir”. 
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov bildirib.
Nazir müavini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bulgargaz” arasında imzalanan sazişi xatırladıb və qeyd edib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində Bolqarıstan ildə 1 mlrd. kubmetr qaz alacaq. O, həmçinin əlavə edib ki, qazın qəbulu ilə bağlı bir neçə ay əvvəl çox vacib addım atılıb, Yunanıstan və Bolqarıstanın qaz sistemlərini birləşdirən qaz xəttinin (Interconnector Greece-Bulgaria - IGB) tikintisi üzrə yekun investisiya sazişi imzalanıb.
“Biz əminik ki, bir neçə il sonra Azərbaycan qazı Bolqarıstana çatıdırılacaq. Bu isə bizim regionun qaz mənbələrinin şaxəndirilməsi baxımından böyük imkan yaradır” - J.Stankov deyib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi - Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəmərindən (TAP, Yunanıstan, Albaniya, İtaliya) ibarətdir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bolqaristan-energetika-nazirinin-muavini-bolqaristan-cenub-qaz-dehlizini-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR