Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği artırıldı

Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği artırıldı
18:47 11 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında
fərman imzalayıb. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005-ci il, № 3, maddə 167; 2006-cı il, № 11, maddə 939; 2007-ci il, № 12, maddə 1235; 2008, №7, maddə 621) 2-ci hissəsində "min" sözü "1300 (min üç yüz)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR