Ərdoğanın “açıqlayacağıq” dediyi görüntülər yayıldı – VİDEO

Ərdoğanın “açıqlayacağıq” dediyi görüntülər yayıldı – VİDEO
18:48 11 Oktyabr 2016
109 Dünya
Ölkə mətbuatı
A- A+

“Başika düşərgəsində türk əsgərlərinin olmasını İraqın baş nazir özü istədi. Sabah bunların səs yazılarını yayacağıq”.

Publika.az xəbər verir ki, bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, hazırda Başikadakı türk əsgərini “işğalçı” adlandıran İraqın baş naziri Haydar Əl-İbadinin 2 il əvvəl Ankaraya gələrək Türkiyədən hərbi və təlim mövzularında kömək istəyib.

Qeyd edək ki, 25 dekabr 2014-cü ildə Ankaraya rəsmi səfər edən Haydar Əl-İbadi, dövrün baş naziri Əhməd Davutoğlu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyədən kömək istəyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR