Bakı Açıq Kuboku yarışı keçiriləcək - FOTO

Bakı Açıq Kuboku yarışı keçiriləcək - FOTO
18:52 11 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə birlikdə Azərbaycan Rəqs Assosiyasiyası (ARA) 16 oktyabr Rəşid Behbudov adına Dövlət Mahnı teatrında Bakı Açıq Kuboku yarışında bütün rəqs növlərinin həmçinin bütün vokal və instrumental kollektivlərinin yarışı keçiriləcək. Bir çox rəqs kolektivləri Azərbaycanın hərtərəfindən bu mədəniyyət bayramına qatılacaqlar! Bütün yaş kateqoriyalarında olan iştirakçılar bu naminasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, xip-hop, brek dans, rəqs şousu, klasik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, solo rəqs, xor, solo ifa, instrumental mahnılar və.s...

Azərbaycan Rəqs Assosiyasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədir müavini Əziz Əzizov deyir: "Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kolektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etmək üçün secir. Müsabiqənin digər mühüm vəzifələrindən biridə rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaqdı. Uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyətlərimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kolektivlər qoşulurlar. Bu dəfə də Gürcüstandan və İrandan quruplar qoşulacaqlar. Bu bizi sevindirmiyə bilməz, demək biz öz işlərimizi yaxşı görürük! Biz media informasiya vasitələri ilə bir çox kolektivləri və rəqqasları bizim tədbirlərə çəlb eləmək istəyirik".

Müsabiqənin münsiflər heyətində - Azərbaycanın xalq, əməkdar artistləri iştirak edəçəklər. 
Rima Məmmədova, Tahir Eynullayev, Ülviyyə Həsənova, Fərid İbrahimov, Fərhad Əliyev, Andrey Freeman, Kamran Məmmədov, Aysel Hüseynova və Veronika Talıbova kimi incəsənət xadimləri, tamaşaçıların rəgbətini qazanmışlar . Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiyasiyasının Təşkilatı komitəsi bütün iştirakçılara uğurlar arzulayır və bir daha bu möhtəşəm tədbirdə hərkəsi iştirak etməyə dəvət edir! 

Əlaqə üçün vasitələr:
dance-az@mail.ru

(+99412) 497 12 36
(+99450) 626 66 20

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR