Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çinli basketbolçu Marsa səfir təyin olundu

Çinli basketbolçu Marsa səfir təyin olundu

Date: 11 October 2016 18:53

Karyerasını bitirmiş peşəkar Çin basketbolçusu Yao Minə qeyri-adi və rəmzi təyinat verilib.

Publika.az xəbər verir ki, o, Mars planetinə səfir təyin edilib. Vaxtilə “Hyuston Roket” klubunda forma geyən Yao Min Milli Basketbol Assosiasiyasında səkkiz mövsüm keçirib.

36 yaşlı idmançıdan başqa, sözügedən fəxri missiyaya Çinin daha 10 məşhur adamı təyinat alıb. Səfir missiyasında məqsədin kosmik proqramın öyrənilməsinə, gələcəkdə Marsa uçuşlara dəstək göstərmək və ictimaiyyətin bu təşəbbüsə diqqətini cəlb etməyə yönəlib.

Hələ avqust ayında rəsmi Pekin bəyan etmişdi ki, dörd il sonra çinlilərin planetlərarası səyahətinə başlanacaq. 2020-ci ilin yayında Haynan əyalətinin Vençay kosmodromunda “Çançjen-5” (Böyük yürüş) raketdaşıyıcısının səmaya buraxılması nəzərdə tutulur. Əvvəlcə, Çinin nəhəng raketdaşıyıcısının köməkliyi ilə Yer kürəsinin orbitindən “qırmızı planet”də tədqiqat aparmaq üçün Marsa zond göndərilməsi planlaşdırılır.


Tags:  Çinli basketbolçu Marsa səfir təyin olundu

RƏYLƏR


Top news