“Reuters”: “Nazarbayev özünü xəstəliyə vurub”

“Reuters”: “Nazarbayev özünü xəstəliyə vurub”
19:03 11 Oktyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Ermənistana getməmək üçün özünü xəstəliyə vurub.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qazaxıstan prezidentinin iqamətgahının yaydığı məlumatda bildirilir ki, dövlət başçısı soyuqdəymədən müalicə olunur. Dərhal belə fikirlər yayıldı ki, bu “diplomatik xəstəlikdir”. Məsələ burasındadır ki, Qazaxıstan qanunvericliyinə görə, prezidentin sağlamlıq məsələsi dövlət sirri hesab olunur.

Bu ölkənin politoloqu Aydos Sarım hesab edir ki, bunda məqsəd Ermənistanda keçiriləcək tədbirdə iştirak etməməkdir. Nazarbayev oktyabrın 13-də Ermənistana səfər etməli idi. Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olan ölkələrin rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilməli idi.

Qazaxıstan və Ermənistanın münasibətləri Azərbaycanla Ermənistan arasında aprelin əvvəlində baş verən döyüşlərdən sonra gərginləşib. Qazaxıstan Avrasiya İqtisadi İttifaqının Ermənistandakı toplantısının başqa ölkədə keçirilməsini təklif etmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR