Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi

Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi

Separatçıların sabiq müdafiə naziri həbs edildi (25 Mart 2017 10:24)
202 hakim və prokuror işdən çıxarıldı - FETÖ işi (18 Mart 2017 12:05)
Vitse-admiral Şahin Sultanova HÖKM OXUNDU (17 Mart 2017 17:47)

Tarix: 11 Oktyabr 2016 19:04

Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun həbs qətimkan tədbiri seçilib.

Lent.az-ın məlumatına görə, Qaradağ rayon Prokurorluğun təqdimatı əsasında məhkəmədə sabiq nazir barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Bu il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.


Teqlər:  Əli İnsanov barəsində həbs qətimkan tədbiri seçildi



RƏYLƏR


Top xəbərlər