Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Teatrımızın fəaliyyəti beynəlxalq jurnalda

Teatrımızın fəaliyyəti beynəlxalq jurnalda

Date: 11 October 2016 19:05

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in sentyabr ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni - 89-cu mövsümdəki yenilikləri, yeni mövsümdə həyata keçiriləcək layihələr və beynəlxalq teatr festivallarında iştirakı barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, belə məlumatlar ASSİTEJ-in üzvü olan dünyanın 108 aparıcı ölkələrinə yayılır.

Bülletendə yeni teatr mövsümünün açılışı, teatrın aktyorlarının Yunanıstana səfəri, II Beynəlxalq Martin MakDonax Festivalındakı iştirakımız, Kalmık Milli Dram Teatrının ölkəmizə qastrol səfəri, "Atspindys" XI Beynəlxalq monotamaşalar festivalı haqqında məlumatlar gedib.
Elektron formatda yer alan materialı və linkini diqqətinizə təqdim edirik:

http://www.assitej-international.org/en/2016/10/89th-theater-season-of-azerbaijan-state-theater-of-young-spectators/

Milli.Az


Tags:  Teatrımızın fəaliyyəti beynəlxalq jurnalda

RƏYLƏR


Top news