Kim nə qədər neft istehsal edib?

Kim nə qədər neft istehsal edib?
19:08 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sentyabrda qlobal neft təchizatı 600 min artımla 97 milyon 200 min barelə yüksəlib.

Publika.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Hesabatı”nda bu haqda bildirilir. Qeyd edilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sentyabrda xam neft istehsalı avqustla müqayisədə günlük 160 min barel artımla 33 milyon 640 min barelə yüksəlib.

Sentyabrda OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft istehsalı 500 min barel artaraq 56 milyon 590 min barel olub. Təchizatdakı günlük artımın böyük hissəsi - 4 milyon 320 bin bareli Kanadanın payına düşüb.

OPEC-in ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı gündəlik 10 milyon 580 min barel səviyyəsində istehsal reallaşdırıb. Sanksiyaların ləğvindən sonra İran hasilatı gündəlik 760 min barel artırıb. Beləliklə, ölkənin gündəlik neft istehsalı 3 milyon 670 min barelə çatıb.

Venesuelada isə hasilat ötən illə müqayisədə gündəlik 370 min barel geriləyib. Ölkədə gündəlik istehsal 2 milyon 130 min barel təşkil edib. Nigeriyada da gündəlik neft hasilatı 46 min barel azalaraq 1 milyon 450 min barel olub.

OPEC ölkələrində istehsalın artması nəticəsində qlobal neft təklifi sentyabrda gündəlik 600 min barel yüksələrək 97 milyon 200 min barelə çatıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR