Dövlət Statistika Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının regional nümayəndəsi ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının regional nümayəndəsi ilə görüşüb
19:12 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma ilə görüşüb.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Report”a bildirib ki, T.Budaqov Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, Dövlət Statistika Komitəsi bır sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi qurumlarla səmərəli əməkdaşlıq edir. 
Həmçinin milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən söhbət açılıb.
C.Buma qlobal məqsədlərin Azərbaycanda səmərəli həyata keçirilməsi yolunda, dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirlər, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını müsbət qiymətləndirilib. Qrup rəhbəri Dayanıqlı İnkişaf Qrupu olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökümətinə dəstək verməyə hazır olduğunu bildirib.
Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupu arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, Azərbaycanı daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini üzərinə götürüb.



Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/dovlet-statistika-komitesinin-sedri-bmt-nin-i-nkisaf-proqraminin-numayendesi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR