Şəkidə insanlar çirkli suların içində yaşayır - VİDEO - FOTO

Şəkidə insanlar çirkli suların içində yaşayır - VİDEO - FOTO
19:42 11 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə şəhərin müxtəlif yerlərində kanalizasiya xətləri və arxlar daşaraq küçələrə axıb.

Həmçinin bəzi evlərə də ziyan dəyib.

ARB Şəki xəbər verir ki, daşan arxlardan ziyan çəkən evlərdən biri Məmmədovlar ailəsinə məxsusdur. Soltan Məcid küçəsində yaşayan ailə vaxtaşırı bu problemlə üzləşir. Ailə başçısının sözlərinə görə, evin yanından keçən arx şiddətli yağışlar zamanı tez-tez daşır. Nəticədə evi su basır.

Bu mənzərənin yaranmasına əsas səbəb şəhərdə vahid kanalizasiya sisteminin olmamasıdır. Digər bir səbəb isə arxlara atılan tullantılardır.

Arxlarda tullantıların yığılıb qalmasının səbəbi isə sakinlərin arxın içərisi ilə evlərinə apardıqları su xətləridir. Nəticədə güclü sellə gələn tullantılar rezin borulara ilişir və keçə bilmir. Belə olan halda da həmin tullantılar ətrafa daşır.

Məsələyə Şəki Sukanal ATC-dən də münasibət bildirilib. Vahid kanalizasiya xəttinin hələ istifadəyə verilmədiyi üçün bu cür problemlərin yaşandığı vurğulanır. Ancaq məsələ tezliklə həll olunacaq.

Həmçinin su kanalizasiya sisteminin olmaması güclü yağışlar zamanı su təchizatına da təsir edir, nəticədə evlərə suyun verilməsində fasilələr yaranır.

Bir sözlə, artıq şəhərin vahid su kanalizasiya sisteminin qurulması istiqamətində sona yaxınlaşılır. Proses tam yekunlaşdıqdan sonra bu cür problemlərin aradan qalxacağı gözlənilir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR