"Facebook"da yeni virus

"Facebook"da yeni virus
20:05 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bir neçə gündür "Facebook" sosial şəbəkəsində "Eko" adlı yeni troyan virusu yayılıb.

Axşam.az Technote-yə isttinadən xəbər verir ki, hakerlər virusun daha çox yayılması üçün "qurban" seçilmiş şəxsə "Facebook" kontaktında yer alan biri tərəfindən mesaj göndərirlər.

Göndərilən məlumatda şəxsin özünə aid fotosu əks olunur və linkə klik etdiyinizdə video açılacaqmış kimi təəssürat yaradır. Şəkildə "Video" və "xic.graphics" yazısı yer alır.

Klik etdikdə təbii ki, heç bir video açılmır və daha sonra "Chrome" panelini əlavə etməyiniz haqda mesaj alırsınız. Siz yüklənmə əmri verdikdə "Eko" troyan virusu yüklənməyə başlayır. Hakerlərin əsas məqsədi  sizin şəxsi məlumatlarınızı əldə etməkdir.

Əgər kompüter virusla yoluxarsa "Facebook" və digər sosial şəbəkələrdəki parollarınızı dəyişməyiniz məsləhət görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/478443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR