Azərbaycan naminə “diplomatik xəstəlik”, 75 yaşında subaylığa son… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan naminə “diplomatik xəstəlik”, 75 yaşında subaylığa son… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 11 Oktyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə və İraq arasında münasibətlər hər keçən gün gərginləşir. Bağdadın təhdidlərinə Ankaranın cavabı çox sərt oldu. Qərbin Suriya böhranına təsir imkanları bitmək üzrədir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev “diplomatik xəstəliyə” tutulub. Fəthullah Gülən subaylığın daşını atır.

Türkiyəyə ŞOK TƏHDİD: “İŞİD-lə necə davranırıqsa...”

Müntəzəm olaraq Bağdad hökumətinin rəsmilərindən təhdidlər alan Türkiyəni bu dəfə İraqdakı şiə milisləri təhdid edib.

İraqdakı şiə milislərinin sözçüsü Cavad əl-Tilbavi Mosuldakı türk birliklərinin qanuni hədəf olacağını bildirib. “İŞİD-lə necə davranırıqsa, türk birlikləri ilə də o şəkildə davranacağıq”, - o, deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Türkiyənin Mosul əməliyyatına qatılmasına mane olacağını bildirən və Ankaradan türk əsgərlərini geri çəkməsini tələb edən İraqın baş naziri Haydar Əl-İbadiyə cavab verib.

Prezident Mosul əməliyyatı üçün son nöqtəni qoyaraq kimsədən icazə almayacaqlarını bildirib. “Bunun üçün də bəzilərindən icazə almağa ehtiyac yoxdur. Sən (İraqın baş naziri –red.) mənim həmsöhbətim deyilsən, mənim səviyyəmdə deyilsən. Sənin İraqda qışqırmağın bizim üçün heç də əhəmiyyətli deyil. Biz bildiyimizi edəcəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, türk əsgərini “işğalçı” adlandıran İraqın baş naziri 2 il əvvəl Ankaraya gələrək Türkiyədən hərbi və təlim mövzularında kömək istəyib: “Başika düşərgəsində türk əsgərlərinin olmasını İraqın baş nazir özü istədi. Sabah bunların səs yazılarını yayacağıq”.

Türkiyə prezident bildirib ki, ölkəsinin İraqda baş verənləri kənardan müşahidə etməsi mümkün deyil.

Nazarbayev xəstə yatağında

Növbəti günlərdə Azərbaycan və Ermənistana səfərləri planlaşdırılan Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymə xəstəliyi ilə əlaqədar müalicədə olunur.

Qazaxıstan liderinin mətbuat xidmətindən verilən məlumata görə, Nazarbayev hazırda həkim nəzarətindədir. Həmçinin bildirilib ki, Nazarbayevin oktyabrın 12-nə Azərbaycana nəzərdə tutulmuş səfəri dövlət başçısının səhhətindən asılı olacaq. Mətbuat xidmətindən deyiblər ki, bütün məsul xidmətlər N.Nazarbayevin Bakıya səfərinə hazırdır.

Diplomatik mənbələr isə bildiriblər ki, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək.

“Reuters” agentliyi isə məlumat yayıb ki, Qazaxıstanın dövlət başçısı Ermənistana getməmək üçün özünü xəstəliyə vurub. Bunun “diplomatik xəstəlik” olduğu bildirilir.

Məsələ burasındadır ki, Qazaxıstan qanunvericliyinə görə, prezidentin sağlamlıq məsələsi dövlət sirri hesab olunur. Bu ölkənin politoloqu Aydos Sarım hesab edir ki, bunda məqsəd Ermənistanda keçiriləcək tədbirdə iştirak etməməkdir.

Qazaxıstan və Ermənistanın münasibətləri Azərbaycanla Ermənistan arasında aprelin əvvəlində baş verən döyüşlərdən sonra gərginləşib. Qazaxıstan Avrasiya İqtisadi İttifaqının Ermənistandakı toplantısının başqa ölkədə keçirilməsini təklif etmişdi.

Fəthullah Gülən evlənir

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin subaylığın daşını atmağa hazırlaşır. Türkiye Gazetesi”nin yazarı Fuat Uğurun sözlərinə görə, Gülən evlənmək barədə qərar qəbul edib.

Gülən iyulun 15-dəki hərbi çevriliş cəhdindən sonra uzun illər yanında yer alan Cövdət Türkyolunu yanına çağıraraq niyyətini dilə gətirib. Deyilənə görə, Fətullah çevriliş cəhdinin 100 faiz müvəffəqiyyətli olacağına inandığı üçün həyat yoldaşını 6 ay əvvəlcədən müəyyən edib.

Bir vaxtlar “Zaman” qəzetinin Şərqi Anadolu bölgəsi nümayəndəsi Ümit Akdemirə istinad etdiyini deyən Uğur Gülənin Hillari Klinton ABŞ prezidenti olacağı halda seçkidən sonra evlənəcəyini, əks halda sürgün ediləcəyi ölkədə evlənəcəyini bildirib.

Əsədin səhvi 300 min insanı məhv etdi – Pan Gi Mun

İndiki postunda son aylarını yaşayan BMT-nin baş katibi Pan Gi Mun tarixdə Suriya problemini həll edən şəxs kimi qalmaq niyyətindədir.

Almaniya mətbuatına açıqlamasında Pan Gi Mun bildirib ki, BMT, ABŞ və Rusiya Suriya böhranının həllində intensiv çalışır. O, söyləyib ki, ABŞ və Rusiya BMT-nin humanitar əməliyyatlar həyata keçirməsi üçün sülh əldə etməlidirlər. “Biz gərək ən bərbad şəraitdə yaşayan 5 milyon insana yardım edək. Suriyada yaşanan hadisələrə görə Prezident Bəşər Əsəd günahkardır. Onun səhvləri ucbatından 300 min insan həyatını itirdi”.

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə hesab edir ki, Vaşinqtonun Suriyada terrorla mübarizədə yeganə müttəfiqi Rusiya, İran və Suriya prezidenti Bəşər Əsəddir.

Vaşinqton Universitetində çıxış edən Tramp deyib ki, ABŞ sürətli qərarlar verməlidir: “ABŞ İŞİD terror qruplaşması ilə mübarizəyə ciddi yanaşmalıdır, yoxsa gec olacaq”.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok isə hesab edir ki, Qərb artıq Suriyadakı vəziyyətə hərbi təsir imkanlarını itirib.

Brokun fikrincə, Suriya səmasında uçuşa qadağan edilən zonanın yaradılması mümkünsüzdür: “Daha bir mümkünsüz amil isə Suriya müxalifətini rejim və Rusiya qırıcılarına qarşı havadan müdafiə sistemləri ilə təmin etməkdir. Bu, Əfqanıstandakı kimi olduqca mənfi nəticələrə gətirib çıxara bilər. Orada bu silahlar arzuolunmaz qüvvələrin əlinə keçmişdi”.

Rusiya prezidenti Vladimir Putin onunla Suriya böhranını müzakirə etmək istəyən Fransa prezidenti Fransa prezidenti Fransua Ollandın dəvətini rədd edib.

Yelisey sarayındakı mənbə bildirib ki, Putinin oktyabrın 19-u üçün nəzərdə tutulan Fransa səfərini ləğv edib. Kremldəki mənbə də xəbəri təsdiq edib. “Prezidentinin Parisə səfəri oktyabrın 19-da olmayacaq”, - o, deyib.

Moskva ABŞ-ın SİRRİNİ AÇDI: Amerika Rusiya və Çini məhv etmək üçün...

Avropada raket əleyhinə müdafiə sisteminin yaradılması haqqında ABŞ-ın qərarı İran və Şimali Koreya ilə bağlı deyil.

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının əsas operativ idarəsinin müdirinin birinci müavini general-leytenant Viktor Poznixir bildirib. Onun sözlərinə görə, raket əleyhinə müdafiə sistemi Rusiya və Çinin üzərində hərbi üstünlüyü əldə etmək cəhdi ilə bağlıdır: “ABŞ raket əleyhinə müdafiə sistemlərinin hesabına Rusiya və Çinin strateji silahlarının üzərində üstünlük əldə etməyə çalışır. Bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər”.

Moskva ABŞ-ın SİRRİNİ AÇDI: Amerika Rusiya və Çini məhv etmək üçün...

Avropada raket əleyhinə müdafiə sisteminin yaradılması haqqında ABŞ-ın qərarı İran və Şimali Koreya ilə bağlı deyil.

Çavuşoğlu: “PYD Rakka əməliyyatında olsa, qatılmayacağıq”

Vaşinqton Ankaraya Suriyanın Rakka şəhərinin İŞİD-dən azad edilməsi üçün birgə əməliyyatın keçirilməsini təklif edib.

Bu haqda Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib. O, bildirib ki, PKK terror təşkilatının Suriya qolu olan PYD əməliyyata qatılsa, Türkiyə Rakka əməliyyatında iştirak etməyəcək. Daha əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun Rakka əməliyyatı barədə təkliflə çıxış etdiyini bildirmişdi.

Türkiyənin bu bazasını İsa peyğəmbər idarə edir – Amerikalı zabitin ŞOK İFADƏSİ

Sən demə, İsa peyğəmbər Türkiyənin “İncirlik” hərbi hava bazası ilə əlaqə qura bilib.

Amerikanın Hərbi Hava Qüvvələrinin komandiri polkovnik-leytenant Mixael Kersten bütün qərarlarının İsa peyğəmbərin göstərişi ilə verdiyini açıqlayıb. Amerikalı polkovnikin bu sözləri qalmaqala səbəb olub və 100-ə yaxın amerikalı əsgər Hərbi Dini Azadlıq Qurumuna (MRFF) müraciət edərək, Kerstenin cəzalandırılmasını tələb edib.

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı məsələyə qarışaraq, Kersteni sorğu-sual edib. Polkovnik-leytenant rəhbərlik qarşısında da bəyan edib ki, qərarlarını İsa peyğəmbərin göstərişləri ilə verir.

Sarkisyanın yaxın ətrafı yeni partiya yaradır – Putinin İrəvan üçün yeni SSENARİSİ

Ermənistanda daxili siyasi gərginlik azalmaq bilmir. Hökumətdəki dəyişikliklərdən sonra son olaraq prezident aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.

V. Dallakyanın yeni partiya yaradacağı haqda məlumatlar var. Onun “aktiv siyasətə qoşulacam” deməsi də bunu deməyə əsas verir. Dallakyan vaxtilə müxalifətdə olan “Ədalət” partiyasının sədri olub. Sonra o, hakim Respublika Partiyasına keçib və parlamentin deputatı olub. Daha sonra yüksək postda təmsil olunub.

Onun hakim partiyadan istefa verərək “İnkişaf naminə dönüş” adlı yeni partiya yaradacağı deyilirdi.
Dallakyanın vəzifəsindən istefa verməsi və “aktiv siyasətlə” məşğul olacağını deməsi bu məlumatları doğrulayır.

Sarkisyanın yaxın ətrafı yeni partiya yaradır – Putinin İrəvan üçün yeni SSENARİSİ

Ermənistanda prezident aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.

“NATO-nun əsəbi” Qarabağda - ilin sonunda yeni müharibəyə hazırlıq

ABŞ-ın “The National İnterest” nəşrində yayımlanan “Qarabağda yeni müharibəyə hazırlıq” adlı məqalədə iddia edilir ki, Ermənistan Dağlıq Qarabağda təmas xəttini möhkəmləndirir, həmçinin, ərazidə C4ISR müdafiə sistemləri qurur.

Məqalədə qeyd olunur ki, yeni sistem rəqibin qəfil hücumunun qarşısını əhəmiyyətli dərəcədə almasına və qoşunların hazırlaşmasına imkan yaradacaq. Bununla yanaşı, Ermənistan tərəfi yeni müharibənin bu ilin sonuna kimi ola biləcəyini ehtimal edir.

“NATO-nun əsəbi” Qarabağda - ilin sonunda yeni müharibəyə hazırlıq

Ermənistan Dağlıq Qarabağda təmas xəttini möhkəmləndirir, həmçinin, ərazidə C4ISR müdafiə sistemləri qurur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR