Azərbaycan filmləri beynəlxalq festivalda

Azərbaycan filmləri beynəlxalq festivalda
20:46 11 Oktyabr 2016
35 Şou
Ölkə mətbuatı
A- A+

Sənədli filmlərimiz 27-ci “Rossiya” açıq sənədli filmlər festivalının xüsusi proqramında nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, festival 11-15 oktyabr tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

13 oktyabr tarixində Xamiz Muradovun “Fransa qəhrəmanı” (1975), Teymur Bəkirzadənin “Dissonans” (1978), Nicat Bəkirzadənin “Polad adalar” (1985), Zaur Məhərrəmovun “Köç” (1983), Yavər Rzayevin “Gözümün işiğı və ya qəribə heykəltaraş ömrü” (2014) və Tofiq Şahverdiyevin “Lahıc” (2014) sənədli filmləri nümayiş olunacaq.

Proqram Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov tərəfindən təqdim olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59112

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR