Çexiya - Azərbaycan matçına doğru - YENİLƏNİR

Çexiya - Azərbaycan matçına doğru - YENİLƏNİR
21:12 11 Oktyabr 2016
173 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız səfərdə Çexiya ilə qarşılaşacaq.

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimalhesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirmək əzmindədi.

Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunacaq. Potensial qələbə isə millimizin hazırda Almaniya ilə şərikli liderliyinin davam etdirməsi anlamına gəlir.

Əgər futbolçularımız Çexiyada ən pis halda uduzmasa, bu, artıq bir yubileyin qeyd olunması ilə nəticələnəcək. Belə ki, tarixi ərzində çıxış etdiyi bütün seçmə mərhələlərdə cəmi 9 dəfə səfərdə xala və qələbəyə sevinmiş seçməmiz bu dəfə yubileyi rəsmiləşdirmək istəyir.

San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa çalışacaq. Bu gerçəkləşsə, millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayacaq.

Qeyd edək ki, Ostravanın "Vitkovitse" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

22:45. Çexiya - Azərbaycan

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. "Vitkovitse" stadionu

1.

Almaniya

2

2

0

0

6:0

6

2.

Azərbaycan

2

2

0

0

2:0

6

3.

Şimali İrlandiya

2

1

1

0

4:0

4

4.

Çexiya

2

0

1

1

0:3

1

5.

Norveç

2

0

0

2

0:4

0

6.

San Marino

2

0

0

2

0:5

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR