Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Küçə adları var, lakin evlərin ünvanları yoxdur - VİDEO

Küçə adları var, lakin evlərin ünvanları yoxdur - VİDEO

Date: 11 October 2016 21:17

Bərdədə yeni tikilən evlərdə nömrə nişanları yoxdur. Bu səbəbdən də axtarılan ünvanın tapılmasında bir sıra çətinliklər ortaya çıxır.

Küçə adları var, lakin evlərin ünvanları yoxdur.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər Bərdədəndir. Rayondakı yeni tikilən evlərdə nömrə nişanları yoxdur.

Sakinlərin sözlərinə görə, köhnə küçə və qəsəbələrdəki evlərdə nömrələr olduğundan həmin ünvanı tapmaq daha asan olur. Yeni salınan massivlərdə isə ünvan axtarılarkən bir sıra problemlər ortaya çıxır.

Məsələ ilə bağlı Bərdə rayon icra hakimiyyətindən bildirildi ki, vəziyyətdən onlar da xəbərdardılar. Yeni salınan massivlərdə küçələrə adlar icra hakimiyyəti tərəfindən verilib. Evlərə ünvanların verilməsi isə Dövlət Reyster Xidməti tərəfindən həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən həmin qurum qarşısında məsələ qaldırılıb və yaxın vaxtlarda həmin evlərə ünvanlar veriləcək.

Milli.Az


Tags:  Küçə adları var evlərin ünvanları yoxdur VİDEO

RƏYLƏR


Top news