Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sərnişindaşımanı mikroavtobuslar həyata keçirir - VİDEO

Sərnişindaşımanı mikroavtobuslar həyata keçirir - VİDEO

Date: 11 October 2016 21:17

Bərdədə sərnişindaşıma ilə məşğul olan 3 marşut xətti var. Bu xətlərdə fəaliyyət göstərən nəqliyyat vasitələrinin hamısı mikroavtobuslardır. Əksəriyyəti də istismar müddətini başa vurub. Yaxın vaxtlarda xətlərə iritutumlu avtobuslar buraxılması planlaşdırılır.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu rayondakı bütün marşrutlar xətlərində mikroavtobuslar fəaliyyət göstərir.

Görüntülər Bərdədədəndir. Rayonda sərnişindaşımada 3 marşut xətti var. Bu xətlərdə istifadə edilən nəqliyyat vasitələrinin hamısı mikroavtobuslardır. Əksəriyyəti də istismar müddətini başa vurub.

Sakinlərin sözlərinə görə, rayon mərkəzi ilə bəzi kəndlər arasında maşrut xətti yoxdur. Onlar həmin kəndlərə xəttinin açılmasını və bu mikroavtobusların o xətlərə buraxılmasını daha məqsədəuyğun olduğunu sayırlar.

Sakinlər şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəsələr də, sürücülər bu fikirlə razılaşmır.

Məsələ ilə bağlı Bərdə rayon icra hakimiyyətindən bildirildi ki, yaxın vaxtlarda xətlərə iritutumlu avtobuslar buraxılacaq.

Milli.Az


Tags:  Sərnişindaşımanı mikroavtobuslar həyata keçirir VİDEO

RƏYLƏR


Top news