Bakıdakı məktəbdə zərdüştlük dini təbliğ olundu - VİDEO

Bakıdakı məktəbdə zərdüştlük dini təbliğ olundu - VİDEO
21:22 11 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətənpərvər ruhda tədbir keçirmək adı ilə məktəbdə qeyri ənənəvi dini təbliğat aparılıb. Hətta uşaqlara vəsaitlər paylanılıb. Valideynlərin şikayətindən sonra "Xəzər Xəbər" hadisənin təfərrüatlarını araşdırıb.

Zərdüştlük dinini təbliğ edən və Asif Ata ocağı kimi tanınan təşkilatın nəşr etdiyi qəzet paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbəsində 297 saylı məktəbdə şagirdlərə paylanıb. Özü də məktəbin içərisində təhsil ocağının kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı. Şagirdlərlə görüşdə Asif Ata ocağının prinsipləri, fərdi baxışları məktəblilərə ideal yol kimi təqdim edilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qəzetdə yer alan məlumatlar nəinki şagirdlərin, hətta yetkin insanların belə fikirlərini çox asanlıqla qarışdıra, hansısa istiqamətə yönləndirə bilər. Bəs maraqlıdır görəsən atəşpərəstliyi təbliğ edən bir tədbir 297 saylı məktəbdə necə keçirilib?

Məktəb rəhbərliyi əvvəl belə bir tədbirin keçirilmədiyini bildirsə də, sonradan etiraf etdilər. Bura yenicə təyin olunan direktor Nailə Cəfərova bildirdi ki, ayın 6-da ona bir təşkilat məktəbdə vətənpərvər ruhda tədbir keçirməklə bağlı müraciət edib. Direktor da bu təklifin şagirdlərin faydasına olduğunu düşünürək qəbul edib.

Məktəbin direktoru deyir ki, hadisədən xəbər tutan kimi dərhal qəzetləri şagirdlərdən toplayıblar.

Qeyd edək ki , bu cür fəaliyyət qanunverciliklə birmənalı şəkildə qadağan edilir. cinayət məcəlləsinin 167 maddəsində hətta bununla bağlı 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR