Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib

Ombudsman Aparatı Elmira Süleymanovanın səlahiyyət müddətinin başa çatması məsələsinə aydınlıq gətirib (09 Mart 2017 12:27)
Elmira Süleymanova vəzifədən gedir (09 Mart 2017 11:57)
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxa bilər (26 Fevral 2017 11:18)

Tarix: 11 Oktyabr 2016 21:32

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyası çərçivəsində qurumun plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakim seçkiləri keçirilib. Assambleyanın üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə seçiblər. O, AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplayıblar. Seçkilərdə 203 parlamentari iştirak edib. Onlardan 25-i bitərəf qalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəni 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Milli.Az


Teqlər:  Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim seçilib



RƏYLƏR


Top xəbərlər