Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uzaq durulması gərəkən vərdiş və xüsusiyyətlər

Uzaq durulması gərəkən vərdiş və xüsusiyyətlər

Date: 11 October 2016 21:37

Qədim zamanlardan  insanlar qumara, içkiyə, zinakarlığa, oğurluğa və bu kimi işlərə aludə olan adamlardan uzaq durmağa çalışmış, onlarla yaxınlıq etməkdən çəkinmişlər. Hətta belə adamlar bütün dövrlərdə insanlığın üz qarası hesab edilmişdir.
Belələrinin dalınca qaçmaq, onlara qoşulmaq, onarla dostluq eləmək insanı cəmiyyətin gözündən sala bilər.
Hər bir ağıllı kəs kimi, sən də çalışıb pis vərdişlərə sahib olma, pisliklərdən qaç!
Tərbiyəsizliyinlə tanınacaqsansa, heç yaşamasan daha yaxşıdır.
Çox inadkar olma, güzəştə getməyən adamları kimsə sevməz.
Səhv sözün ucundan tutub uzağa getmək insanı fəlakətə sürükləyir.
İnsanı hörmətdən salan xüsusiyyətlərdən biri kobudluqdur, kobudluğa qarşı mübarizə aparmaq lazımdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, yalançı olmaqdan qaçmaq lazımdır.
Kim olursan ol, yaşına uyğun davran.
Yaşından böyük və ya kiçik görünməyə çalışma, bu çox gülünc bir xüsusiyyətdir. Unutmaq lazım deyil ki, hər yaşın öz gözəlliyi var.
Nahaqdan şahidlik və ya tərəfkeşlik etmək ən pis insani keyfiyyətlərdən hesab edilir. Bu cür hərəkət insanı həm Allahın, həm də cəmiyyətin qarşısında alçaldır.
Acıdil olmaq insanı hörmətdən salır. Çalışıb dili şirin sözə və alqışa öyrətmək lazımdır.
Elədiyi yaxşılığa minnət qoyub, elədiyi işi qarşısındakının başına çaxmaq ən xoşagəlməz insani keyfiyyətdir. Bu cür xüsusiyyətə malik olmaq lazım deyil.
Aradagəzənlik və sirr saxlaya bilməmək, insanlar tərəfindən xoş qarşılanmayan keyfiyyətlərdən hesab edilir.
Çalış pislikdən qaç, yaxşılığa can at, hörmət elə ki, sənə də hörmət qoysunlar.
Milli.Az


Tags:  Uzaq durulması gərəkən vərdiş xüsusiyyətlər

RƏYLƏR


Top news