Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfirimiz etimadnaməsini Almaniya Prezidentinə təqdim etdi - FOTO

Səfirimiz etimadnaməsini Almaniya Prezidentinə təqdim etdi - FOTO

Date: 11 October 2016 21:37

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov oktyabrın 11-də etimadnaməsini bu ölkənin Prezidenti Yoaxim Qauka təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident Yoaxim Qauk Ramin Həsənovu Almaniyada səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir qəbula görə Almaniya Prezidentinə təşəkkürünü bildirib. O, Azərbaycan Respublikası Prezidentinin salamlarını, Almaniya Federativ Respublikasına və onun xalqına rifah, tərəqqi arzularını dövlət başçısına çatdırıb.

Almaniya Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Federal Prezident Azərbaycanla münasibətlərin mövcud durumundan razılığını ifadə edərək Almaniyanın regionda sabit tərəfdaşlara ehtiyacı olduğunu bildirib.

Səfir Azərbaycan ilə Almaniya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdiyini, ən yüksək səviyyədə siyasi dialoqun mövcudluğunu məmnuniyyətlə diqqətə çatdıraraq son bir il ərzində baş tutmuş qarşılıqlı səfərləri qeyd edib. R.Həsənov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, Ermənistanın ərazilərimizi işğal etməsindən və bunun nəticəsində yaranmış qaçqın, məcburi köçkün problemindən bəhs edib. O, ATƏT-in sədri qismində Almaniyanın fəaliyyətinə də toxunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumu, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, vətəndaş cəmiyyəti, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı məsələlər müzakirə olunub.

Milli.Az





Tags:  Səfirimiz etimadnaməsini Almaniya Prezidentinə təqdim etdi FOTO

RƏYLƏR


Top news