Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sarkisyana nifrətlə istefa verdi

Sarkisyana nifrətlə istefa verdi

Date: 11 October 2016 21:57

Prezident administrasiyasının sədr müavini təyin edilənədək Viktor Dallakyan Serj Sarkisyanın tənqidçisi olub.
Ermənistan prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi vəzifəsindən istefa verdiyini bildirən Viktor Dallakyan bəyan edib ki, onun yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, "buna görə Ermənistan prezidenti Serj Sərkisyan məsuliyyət daşıyır".
Milli.Az BBC-yə istinadən bildirir ki, jurnalistlərə açıqlama verən Dallakyan artıq istefa ərizəsini təqdim etdiyini və hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) üzvlüyündən çıxıb, fəal siyasətə qayıdaraq, 2017-ci il parlament seçkilərində iştirak edəcəyini bildirib.
"Əgər mənim bugünkü bəyanatımdan sonra mənim yaxud ailə üzvlərimin başına hər hansı hadisə gəlsə, bunun üçün Serj Sarkisyan məsuliyyət daşıyır", - Dallakyan deyib. Yerli mətbuatda Viktor Dallakyanın istefa verəcəyi haqqında bu ayın əvvəlindən şayiələr dolaşırdı.
"Haykakan jamanak" ("Erməni zamanı") qəzeti Dallakyanın "Şırcadats" ("Dönüş") adlı yeni, "müxalif məkanda fəaliyyət göstərən" partiya təsis edəcəyi və partiyaya ötən həftə istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyini bildirmişdi.
Qəzet sabiq müdafiə nazirinin prezident Sarkisyandan "küsülü" olduğu və istefadan sonra ona təklif edilən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina etdiyi bildirilir.
"Jamanak" ("Zaman") qəzeti isə yazır ki, partiya Yerevanın mərkəzində ofis icarə edib və informasiya saytını açıb "və bunların hamısı Rusiyadan maliyyələşdirilir".
İllər öncə Viktor Dallakyan prezident Sarkisyana müxalif mövqedə olub və onun "Ermənistanın büdcəsini Monte Karlo kazinolarında israf" etməsi haqqında bəyanatlar yayıb. Lakin 2012-ci ildə müxalif ritorikasına son qoyub prezident Serj Sarkisyanın başçılıq etdiyi ERP üzvü olub, prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi təyin edilib.

Milli.Az


Tags:  Sarkisyana nifrətlə istefa verdi

RƏYLƏR


Top news