Azərbaycanda qadınlar niyə tək kirayə ev tutmaqda çətinlik çəkir? - FOTO

Azərbaycanda qadınlar niyə tək kirayə ev tutmaqda çətinlik çəkir? - FOTO
21:57 11 Oktyabr 2016
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb (20 İyun 2017 21:12)
Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb (20 İyun 2017 17:07)
Bağ evlərinin kirayə qiymətləri: Ayı 15 min manata evlər var - VİDEO (30 Aprel 2017 21:12)

Amerikada təhsil aldıqdan sonra Bakıya qayıdan Günel İsakova 8 ildir ki, kirayə tutduğu evlərdə yaşayır. O, bir müddət evləri digər xanımlarla paylaşsa da, çox zaman tək yaşadığını bildirir. Elə bu səbəbdən də illər boyu bir çox çətinliklərlə qarşılaşdığını deyir.
Azərbaycanda tək qadının ev kirayələməsinin ağır proses olduğunu təkcə Günel yox, digər müsahiblərimiz də təsdiqləyir.
Onlar həm daşınmaz əmlak dəllallarının, həm ev sahiblərinin, həm də qonşuların münasibətindən gileylənir.
Dəllallar çox şəxsi suallar verir, ev sahibləri tək xanıma ev verməyə razılaşmır, qonşular isə nəzarət edir, müsahiblərimiz deyir.
Ev alqı-satqı və kirayələmək işi ilə məşğul olan dəllallar isə bildirir ki, ev sahibləri əksər hallarda tək qadına kirayə verməkdən imtina edir.
Dəllallardan bəziləri "qadın tək yaşamaz" desə də, bəziləri ev sahiblərinin tələblərinə uyğun davrandıqlarını bildirirlər.

Şəxsi suallar

Ev axtarmaq prosesinin çətin olduğunu vurğulayan Günel İsakova deyir ki, 8 il əvvəl vəziyyət daha da ağır idi.
Onun sözlərinə görə, son illərdə sırf ev kirayələnməsi və alqı-satqısını asanlaşdıran veb saytlar daha çox populyarlaşıb. O vaxt isə o, kiçik dəllal ofislərinə yaxınlaşmalı imiş.
"Hər dəfə tək yaşayacağımı eşidəndə ya evi vermirdilər, ya da çox şəxsi, özlərinə aid olmayan suallar verirdilər. Bəzi dəllallar alçaldıcı suallar verirdilər, bilirsən də evə heç kimi gətirə bilməzsən, deyirdilər". Günel ev sahiblərinin işləyən qadınlardan daha çox tələbə xanımlara daha asan ev kirayə verdiklərini açıqlayır.

Ev tutduqdan sonra problemlər yenə də bitmir, Günel bildirir.
"Ev sahibləri qəribə olurdu. Tək qaldığımı biləndə hər nə bəhanə ilə olursa olsun aylıq pulunu götürməyə axşam saatlarında gələnlər vardı. Elə bir ev sahibim olub ki, içkili halda zəng vururdu mənə, ya da gəlib qapını döyürdü. Səhəri gün isə üzr istəyirdi ki, özündə olmayıb", o qeyd edir.
"Elə bilirlər ki, tək yaşayırsansa, ailən yoxdur, səni qoruyan və ya sevən insanlar mövcud deyil", deyən Günel son illərdə bu prosesin bir az düzəldiyini də əlavə edir.
Günel fikirləşir ki, dəllal və ev sahiblərinin belə münasibəti qadınlara qarşı cəmiyyətdə olan diskriminasiyanın nəticəsidir.
"Cəmiyyətdə önyarğı var ki, qadın tək bacarmaz. Qadın uğurludursa, sərbəst yaşayırsa, düşünürlər ki, mütləq onu kimsə "saxlayır". Başqa insanları ilə evi bölüşmək istəmədiyimi deyəndə, o dəqiqə səbəbini soruşurlar. Onlar anlamırlar ki, insana şəxsi ərazi lazımdır", o bildirir.
O, hazırda çox yaxşı bir dəllalla işlədiyini və yaşadığı evin gözəl sahibi olduğunu deyir.
Günel 21-ci əsrdə bu halın müzakirə edilməsini "gülünc və mənasız" adlandırır. O, hesab edir ki, illər bu problemin həll edilməsinə yardım edəcək.

"Qadına fərd kimi yanaşmırlar"

Universiteti bitirdikdən sonra Bakıda işləməyə başlamış İlknur Salamova da oxşar hallarla qarşılaşıb. O da 8 ildir kirayə evlərdə yaşayır.
"Azərbaycanda bir qadın üçün ən çətin şey rahatlıq arzulamaqdır", deyən İlknur universitet vaxtı ev tapmaqda problem olmadığını deyir.
"Çünki qızlarla qalırdım, ailəmin göndərdiyi pul ancaq buna kifayət edirdi. Bütün ev sahibləri də qız tələbələrə evlərini sevərək açırdılar. Ancaq elə ki, universitet bitdi və işlədiyimi, tək və ya bir rəfiqəmlə yaşayacağımı deyəndə maklerlərin, ev sahiblərinin üzündəki o ifadəni görmək başqa məsələ idi", İlknur bildirir.

İlknur hesab edir ki, dəllalların və ev sahiblərinin 99 faizi bir neçə tələbə xanımın bir yerdə, tez-tez ailəsinin nəzarət etməsi şərti ilə kirayədə qala biləcəyini düşünür. Təhsili başa vurduqdan sonra onlar ya evlənməli, ya da ata evində oturmalıdır.
"Bir qadın tək yaşamaq istəyirsə, deməli pozğundur. Bu fikirdə olduqları üçün maklerlərin səninlə danışıq tərzi dəyişir, hətta 5 dəqiqə öncə heç üzünə baxmayan adam bir anda eşq elanı da edə bilər. Təbii ki, belə vəziyyətdə nə qədər feminist olsanız da, evə köçəndə qardaşınızın gələcəyini və ya hansısa qohumunuzla birgə evə baxacağınızı deyərək "sahibsiz" olmadığınızı vurğulamalı olursunuz", o qeyd edir.
İlknur ötən il bir neçə dəfə belə xoşagəlməz təcrübələrinin olduğunu da əlavə edir. O bildirir ki, normal bir ev sahibi tapıb evə köçdükdən sonra da problemlər bitmir.
"İndi də qonşular sənə nəzarət etməyə başlayacaq. Evə kim girir, kim çıxır, binaya saat neçədə girib, neçədə çıxırsan - hamısına fikir verəcəklər. Əgər xoşlarına gəlməyən bir şey olsa, ev sahibinə şikayət etməkdə gecikməyəcəklər", o deyir.
Müsahibimiz ev sahiblərinin buna da qarışdığını qeyd edir.
"Elə olub ki, bəzən atam və ya qardaşım məni görməyə gələndə əvvəlcədən ev sahibinə zəng edib xəbər vermişəm ki, qonşuların qazına gəlib məni əsəbiləşdirməsin".
İlknur bu problemlərin Azərbaycanda qadının fərd kimi qəbul edilməməsindən qaynaqlandığını vurğulayır.
Azərbaycan cəmiyyətində "qadın kiminsə qızı, kiminsə anası, kiminsə bacısıdır. Ancaq əsla azad fərd deyil. Onun şəxsi həyatı, arzuları, ehtirasları ola bilməz", o deyir.

Qadağalar

Şəbnəm Sabirli öncə ali təhsil üçün, sonra iş üçün altı ildir ki, Bakıda yaşayır. O, dəllallardan daha çox ev sahibi və qonşuların davraşından narahat olduğunu deyir.
O, deyir ki, bəzi ev sahibləri sırf evi xanımlara kirayə verdiyi üçün çox vaxt problemlərlə maraqlanmır.

"Böyüyünün olmadığını əsas götürərək evdəki problemi həll etmirlər", deyə Şəbnəm həmin məsələləri özünün həll etdiyini də qeyd edir.
O, həmçinin bəzi ev sahiblərinin xanım kirayəşinlərə hədsiz qadağalar qoyduğunu da bildirir.
"Bəzən hədə-qorxu gəlirlər ki, evə ancaq özününüz girirsiz, dostlarınızı, oğlan tanışlarınızı və ya qohumlarınızı gətirmək olmaz. Bir növ deyirlər ki, biz evi "ancaq tərbiyəli qızlara" veririk", o deyir.
Şəbnəmin sözlərinə görə, oğlan kirayəşinlərdə bu qədər problem olmur və onlar daha sərbəstdirlər.
"Bu cəmiyyətdə qız "təmiz, başaşağı" olmalıdır. Xanımın heç bir sosial fəaliyyəti ola bilməz, evə gec gəlməməlidir. Bu əsrlər boyu kişilərin qadına qoyduğu sərhədlərdir", o qeyd edir.

Qorxu

Son bir ildə Şəbnəmlə eyni evi paylaşan Zülfiyə Safxanova başına gələn bir hadisəni danışır.
"Daha əvvəl salam verdiyimiz qonşulardan biri bir gecə qapını döydü. Açanda içkili olduğunu gördüm. O, qapını bağlamağa qoymurdu və ev yoldaşımın nömrəsini istəyirdı. Qışqırdım və bir müddətdən sonra qonşular gəldi", deyən Zülfiyyə bu hadisədən çox qorxduğunu və heç vaxt unutmadığını əlavə edir.

Zülfiyyə deyir ki, həmin evdə qorxa-qorxa bir ay yaşayıb, daha sonra yeni evə köçməli olublar.
"Tək yaşayanda adama yiyəsiz kimi yanaşırlar. Anlamırlar ki, öz rahatlığına görə, tək yaşamaq istəyirsən", o bildirir.
Müsahibimiz deyir ki, ev sahibi kirayə ev verməklə bir növ xidmət təqdim edir və bunun qarşısında pul alır. Kirayəşin evi təmiz saxlamaq, qonşuları narahat etməmək kimi vəzifələrə əməl etməlidir, ancaq qalan heç bir şey ev sahibini maraqlandırmamalıdır.

"Qadın niyə tək yaşasın?"

BBC Azərbaycancaya danışan dəllal fəaliyyəti ilə məşğul olan şəxslər də tək qadına ev kirayə verilmədiyini təsdiqləyir.
Dəllal Mehriban xanım tək yaşamaq istəyən qadınları "əsasən yüngül həyat sürən" adlandırır və "qadın niyə tək yaşamalıdır" sualını verir.
"Qadınlar niyə tək yaşamaq istəyir? Qadın niyə tək qalsın, əri, qardaşı, anası, atası yoxdur?!", o deyir.
Creative Group Daşınmaz Əmlak ofisindən Dədəcanov Təbriz bildirir ki, bu tələbləri əsasən ev sahibləri qoyur. Səbəbi isə "bəzi xanımların qeyri-qanuni həyat yaşamasıdır".
O bildirir ki, kirayə ev axtaran və onların şirkətinə müraciət edən xanımlardan, harda işləməsi, harda yaşaması, ailəsinin olub-olmaması soruşulur.
"Qadın da, kişi də insandır. Ancaq ev sahiblərinə haqq verirəm, ev sahibi əziyyət çəkir ev alır. İstəməz belə məqsədlərə istifadə olunsun", o qeyd edir.

Siyasi diqqət ayrılmalıdır

Qadın hüquqları müdafiəçisi Leyla Həsənova bildirir ki, tək ev kirayələmək ancaq qadınların yox, evli olmayan çox adamın yaşadığı problemdir. Hərçənd bu problemlər fərdlərin cinsiyyətləri və cinsi yönəlimlərinə görə də fərqlilik göstərir, o əlavə edir.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində tək adama qarşı "ehtiyatlı olmaq" halı var və tək adam təhlükə kimi görülür.
"Qadınlara tək yaşaması üçün ya kirayə ev verilmir, ya da 100 cür şərtlə verilir. Çünki ev sahibləri, dolayısı ilə patriarxal zehniyyət üçün "tək qadın olmaq" normal olmayan həyat tərzidir", deyən Leyla əksər hallarda qadına ancaq ya ailəli, ya da ailəsindəki hansısa kişi, yəni qardaş, ata referansı ilə ev kirayələməyə icazə verildiyini deyir.
"Ailəli, "kişi referanslı" olmayan qadının başına min cür pis hadisə gələ bilər. Onu tək qəbul etməməklə guya, beləcə qorumuş olurlar. Ancaq bu "qoruma üsulu" özü patriarxal qanunlara əsaslanıb onu bəsləyir".
Leyla deyir ki, digər səbəb qadının "problem çıxarmasından" ehtiyatlanmaqdır. Onun sözlərinə görə, ev sahibləri kirayəşin xanımın ev sahibinin, qonşuların, cəmiyyətin ideal qadın obrazına uyğun həyat tərzi olmamasından, yəni seks işçisi, yaxud sevgilisinin olması kimi bir məsuliyyəti üzərinə götürmək istəmir.
O deyir ki, qadınların yaşadığı problemlərə dövlət də diqqət ayırmalıdır. Azərbaycanda qadın probleminə dair hansısa bir siyasi diqqət yoxdur. Bütün qadın problemləri sosial problem kimi kodlanıb, ancaq sosial problem kimi kateqorizə edilir.
"Əgər qadın problemləri, buna şiddət və şiddət növləri, həmçinin cinayətlər - siyasi sferada dəyərləndirilsə, problemin həll yolu üçün bir addım olar", Leyla Həsənova deyir.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21

Nəfəs aparatına qoşulu yaşayan xalq artistinin SON DURUMU - ÖLÜM TƏHLÜKƏSİ

24 İyun 2017 16:19

Berluskoni: "Trampın arvadından xoşum gəlir" - FOTO

24 İyun 2017 16:17

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” (FOTO)

24 İyun 2017 16:15

Bakıda konsert verməyə hazırlaşan Meray Keri kökəlib bu hala düşdü - FOTO

24 İyun 2017 16:13

Daha bir "Qarabağ"lı "Adanaspor"la anlaşdı

24 İyun 2017 16:07

Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - VİDEO - FOTO

24 İyun 2017 16:05

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna növbəti “polkovnik” hərbi rütbəsi verilib

24 İyun 2017 16:02

Lütlənib oğlanla dağa çıxdı, sonra... - ANBAAN VİDEO

24 İyun 2017 15:58

Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır

24 İyun 2017 15:55

Ərdoğanla Putin arasında telefon danışığı -

24 İyun 2017 15:53

Terrorçuların Məkkə planında ŞOK DETAL

24 İyun 2017 15:48

Rəqsanənin qızı gəlinlik geyindi - FOTOLAR

24 İyun 2017 15:44

Almaniyalı turist: Bakı çox gözəl şəhərdir

24 İyun 2017 15:43

Luis Hemilton bulvarda avtoqraf paylayıb

24 İyun 2017 15:42

Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

24 İyun 2017 15:42

"Danışsam, qan düşəcək" - Tolik əsəbləşdi

24 İyun 2017 15:42

Bakıda əl qumbarası satmaq istəyən şəxs ələ keçdi

24 İyun 2017 15:39

Anadan DƏHŞƏTLİ ADDIM: 6 aylıq körpəsinə BUNU ETDİ - FOTO

24 İyun 2017 15:38

Messi 30 yaşında

24 İyun 2017 15:37

Saçınız soda ilə yusanız...

24 İyun 2017 15:33

Azərbaycanda günəş enerjisi istehsalı azalıb

24 İyun 2017 15:27

Pirallahıda piyadanı vurub qaçan sürücü saxlanılıb

24 İyun 2017 15:27

Bakı klubunun rumın legioneri gəldi - SON DURUM

24 İyun 2017 15:27

Pakistanda tələfat sayı artdı -

24 İyun 2017 15:26

Amerikalı zənginlərdən Trampa TƏRS ŞİLLƏ

24 İyun 2017 15:23

Qumbara satmaq istəyən tutuldu, narkotik mənbəyi tapıldı

24 İyun 2017 15:22

Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq

24 İyun 2017 15:15

Azərbaycana qızıl qaçaqmalçıları yaxalanıb

24 İyun 2017 15:14

Ən uzaq məsafədən terrorçunu vuraraq REKORDU QIRDI

24 İyun 2017 15:13

Milyarderlər axirət gününə hazırlaşır - Onlar nəsə bilir?

24 İyun 2017 15:12

Formula 1: Ferstappen yarışı tərk etdi

24 İyun 2017 15:08

Samirə və ərinin qolf sevgisi - FOTO

24 İyun 2017 15:05