Piyləri əridən 7 ən effektli qida

Piyləri əridən  7 ən effektli qida
22:17 11 Oktyabr 2016
279 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransalı diyetoloq Pyer Dükan arıqlamaq üçün ən yaxşı məhsulların siyahısını açıqlayıb.
Milli.Az publika.az-a istinadən həmin siyahını təqdim edir.

Diyetoloqun sözlərinə görə, statistika göstərir ki, insanlar yay tətilindən sonra daha çox kökəlir. Qışın başlaması ilə süstlük və yorğunluq hiss edirik. Arıqlamaq və enerji balansının bərpası üçün fransız diyetoloq Pyer Dükan sağlamlıq üçün faydalı xüsusiyyətlərə malik olan, insan orqanizmi üçün lazım olan antioksidant, lif və vitaminlə zəngin olan qidaların siyahısını açıqlayıb. Bu 7 məhsul həm orqanizmi təmizləməyə kömək edəcək, həm piyləri yandıracaq.

Yulaf yarması

Yulaf yarması dükan pəhrizinin əsas inqrediyentidir. Yulaf yarması sıyığının tərkibində yüksək enerji və qida dəyəri olan karbohidratlar var ki, bu karbohidratlar orqanizmdə daha gec qlyükozaya çevrilir. Bunun nəticəsində insan daha uzun müddət ərzində toxluq hiss edir və fəal olur. Yulaf yarması müxtəlif vitaminlər (B qrupu, E, PP və s.) və mineral maddələrlə (kalium, dəmir, kalsium, maqnezium, fosfor və s.) zəngindir. Yulaf yarması sıyığı həzm proseslərinə çox müsbət təsir edir. Qəbizlikdən əziyyət çəkən insanlar bu sıyığı müntəzəm olaraq yeməlidir. Bu halda onların bağırsaqları daha yaxşı işləyəcək.

Aqar (qırmızı su yosunlarından əldə edilən jelatindir)

Aqar arıqlamağa kömək edən liflə zəngin məhsuldur. Çəki itkisi üçün effektiv olan bu məhsul olan şəkərin və xolesterinin nisbətini azaldır.

Qoji giləmeyvəsi
 

Goji giləmeyvəsi dünyanın ən faydalı və qiymətli dərman bitkilərindən biridir. Bu bitki növü Tibet və Monqol Himalay vadilərində əkilir. Onun tərkibi antioksidantlar və mineralla zəngindir. Bir çox Hollivud ulduzları arıqlamaq üçün bu giləmeyvədən istifadə edir. Yeri gəlmişkən, qoji nəinki arıqlamağa, eləcə də erkən yaşlanma qarşısını almağa kömək edir.

Konja

Konja Asiyada, Yaponiyada, İndoneziyada bitən və tərkibində qlüten olmayan bitkidir. Uzunömürlü konja bitkisi liflə də zəngindir, arıqlamaq istəyənlər üçün piylərlə mübarizədə ən ideal vasitədir. Konja orqanizmdə kalori miqdarını önəmli ölçüdə azaldır. Konja diabet, qəbizlik, piylənmə, xolesterin kimi xəstəliklərin də müalicəsində müalicəvi təsir göstərir.

Kətan toxumu

Kətan toxumu hüceyrələrin vaxtından əvvəl qocalmasını qoruyur, yağ mübadiləsini və bağırsaqda yaşayan faydalı bakteriyaların həyati fəaliyyətini tənzimləyir. Kətan toxumu nadir müalicəvi xüsusiyyətlərinə malik olan məhsuldur ki, tərkibi A, C, E, F vitaminlərlə, kalium, marqans, maqnezium, dəmir, sink, kalsium, yod kimi mikroelementlər, aminturşular, antioksidantlarla zəngindir. Kətan toxumu bağırsaqların fəaliyyətini yaxşılaşdırıb qəbizlikdən azad edir və arıqlamağa kömək edir. Yağ turşuları, Omeqa-3 və Omeqa-6 ilə zəngin olan toxum xolesterin səviyyəsini azaldır və qan təzyiqini aşağı salır.

Kakao

Bu məhsul güclü təbii antioksidantlar sayəsində həm əhval-ruhiyyəni, həm fiziki performansı artırır, həm də tərkibindəki kofein sayəsində yorğunluğu aradan qaldırır. Antioksidan baxımından zəngin olan kakao dərinin təmizlənməsinə və yenilənməsinə kömək edir. Kakao tozu təzyiqi salır, pis xolesterini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.

Rəvənd

Aşağı kalorili bu bitki 13 kaloridir. O, müxtəlif infeksiyalara qarşı bədənin müqavimətini artırır və immun sistemini gücləndirir. Bu məhsul orqanizm üçün qışda çox faydalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR