Sağlamlıq iksirindən istifadə edibsinizmi?

Sağlamlıq iksirindən istifadə edibsinizmi?
22:17 11 Oktyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Zamanında üstünlük verilən təbii içkilər insanın sağlamlığına müsbət istiqamətdə təsir edir. Dözümlülüyü artırmaqdan tutmuş əzələlərin güclənməsinə, çəki azaltmağa qədər uyğun fərqli içkilər mövcuddur. Ekspert diyetoloq Pınar Kural Enç hansı içkini hansı vəziyyətlərdə içilməsi barədə əhəmiyyətli məlumatlar verib.

Şübhəsiz ki, ən qiymətli içkilərin başında su dayanır. Su ilə bərabər içilən çay, qəhvə, bitki və meyvə çayları, mineral su, meyvə suları, süd, ayran, kefir hətta şorba kimi mayelərin da gündəlik ehtiyacın təmin olunmasına təsiri göz ardına alınmamalıdır . 2003-ci ildən bəri aparılan bir çox elmi işlərdə kafeinin bir dəfəyə 250-300 mg qəbul olunmadığı təqdirdə, bədəndə sidikqovucu təsir yaratmadığını qeyd edə bilərik. Maye növlərini qidalanma proqramınızda yer verdiyinizdə həm çəki itkisi, həm də ki çəkinin idarə olunması ilə bərabər özümüzü çox rahat və xoşbəxt hiss edə bilərik.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, günə  bir stəkan ilıq su içmək ilə ba.lamaq bədəni bütün toksinlərdən təmizləyəcəyimizi qeyd edən həkim-diyetoloq əzələ yığmaq üçün süd və ya ayran istehlak etməyi tövsiyə edib. Çəkiyə nəzarət etmək və çəki azaltmaq üçün yaşıl çay, həmçinin içinə təzə limon sıxılaraq içilən yaşıl çay, bədəndə artıq yağların əridilməsi və maddələr mübadiləsinin sürətləndirilməsində müsbət təsiri var. Yorğunluğu aradan qaldırmaq üçün təzə tərəvəz suyu münasibdir. Spazmanı aradan qaldırmaq üçün mineral suyun içinə nanə və ya cəfəri qoyaraq içsəniz faydasını hiss edəcəksiniz. Təzyiq və ürək xəstələri mineral sudan uzaq durmalıdırlar.

Mədə bulanması üçün nanə və heyva qabığı qaynadaraq mədə bulantınızı yüngülləşdirə bilərsiniz. Ağız yaralarının sağalması üçün gicitkən yarpağı çayı köməyinizə çata bilər. Rahat yatmaq üçün isti stəkana yağsız süd əlavə edin və içinə də darçın çubuğu qoyaraq içə bilərsiniz  (yenisafak).

Gərginlik və stressdən uzaqlaşmaq üçün sarı kantaron çayı yarpağını 2 dəqiqə qaynar suda dəmlənməsi kifayətdir.

Həzmi asandlaşdırmaq üçün kefir içərək həzm sistemini daha nizamlı işləməsini təmin edə bilərsiniz. Kefir içmək sümük möhkəmliyinə də müsbət təsir edir. Ağızda pis qoxunun qarşısını almaq və nəfəsinizdən gözəl qoxu gəlməsi üçün cəfəri və ya kəklikotu suyu için. Pəhriz vaxtı ən çox əziyyət verən qaz problemini aradan qaldırmaq  üçün gündəlik yeməklərdən sonra razyana çayı için. Səfər sonrası yorğunluqdan qaynaqlanan şişkinlik hiss edirsinizsə, onda mineral suyunun içinə nanə və ya cəfəri qoyaraq həm C vitamini qəbul edərsiniz, həm şişkinliyi aradan qaldıra biləcəksiniz .

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR