Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi...

Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi...

Date: 11 October 2016 22:22

Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi, sonra İmam Hüseynin (ə) şəfaəti ilə cəhənnəmdən xilas olacağı barədə xəbərlər düzgündürmü?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Muxtarın guya aşura qatillərinə ifrat cəza verməsi üzündən qiyamət günündə cəhənnəmə layiq görüləcəyi, heç bir məsumun ona məhəl qoymayacağı, yalnız İmam Hüseynin (ə) şəfaəti ilə cəhənnəmdən çıxarılacağı barədə mənbələrdə cəmi iki hədis vardır. Birincisi, bu hədislər sənəd etibarilə mötəbər deyil, çünki hər ikisinin rəvayət zəncirində dolaşıqlıq vardır. İkincisi, həmin hədislərdə Muxtarın guya cəhənnəmə düşəcəyinin səbəbi kimi aşura qatillərinə qəddarlıqla divan tutması deyil, başqa səbəb göstərilib. Həmin səbəbi inandırıcı saymaq doğru deyil. Ümumiyyətlə, Əhli-beytin haqqını müdafiə etdiyinə və Aşura şəhidlərinin intiqamını aldığına görə Muxtar Səqəfinin şəxsiyyəti Əhli-beyt düşmənləri tərəfindən tarix boyunca hücumlara məruz qalmışdır. Muxtarın haqqında yalan rəvayətlər uydurulmuş, ruhuna iftiralar atılmışdır. Ehtimal ki, həmin iki hədis də Əhli-beytə düşmən olan qüvvələr tərəfindən quraşdırılıb.

Milli.Az


Tags:  Qiyamət günündə Muxtarın cəhənnəmə göndəriləcəyi

RƏYLƏR


Top news