Hər gün bir xurma yeyin! - FAYDALARI

Hər gün bir xurma yeyin! -  FAYDALARI
22:27 11 Oktyabr 2016
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Xurmanın nə qədər faydalı olduğunu bilirsiniz? O zaman gəlin birlikdə öyrənək.

Milli.Az lent.az-a istinadən sizə xurmanın tərkibində olan vitaminlər haqda bilgi verəcək.

Xurma yüksək qida dəyəri olan meyvədir. Bir çox xəstəlikləri müalicə edir, həmçinin onda orqanizmə faydalı mikroelementlər var. Nə qədər gec deyil, bu meyvədən mövsümündə yararlanın və hər gün birini yeyin!

Xurmanın tərkibi C və A vitaminləri ilə zəngindir. Vitamin C immuniteti artırır, soyuqdəyməni azaldır. Bundan başqa bu vitaminlər dərini yaxşılaşdırır, kapilyar damarları möhkəmləndirir. Vitamin A isə öz növbəsində zehni möhkəmləndirir, qocalmanın qarşısını alır.

Xurmanın tərkibində dəyərli minerallar var. Kalsium sümük, diş, saç və dırnaqları möhkəmlədir, kalium isə orqanizmdə duz dövranını tənzimləyir. Bundan başqa xurmanın tərkibində qan yaradan dəmir də var.

Xurma insan orqanizmində metabolik prosesləri gücləndirir.

Həzmə kömək edir. Tərkibində həzmi sürətləndirən bakteriyalar var. Buna görə də həkimlər pəhriz zamanı xurmanı məsləhət görürlər. Hətta uşaqların məktəb çantasına almayla yanaşı bir dənə də xurma qoyulması faydalıdır.

Ürək-damar xəstəliklərində xurma bir nömrəli meyvədir. Aterosklerozun, varikoz-damar genişlənməsinin qarşısını alır, sümüyün möhkəmlənməsində xeyirlidir.

Təbii sidikqovucudur. Böyrək xəstələri xurmanı bol-bol yesinlər.

Uşaqlara xurma neçə yaşından verilməlidir?

Rus pediatrlar uşaqlara xurmanı iki yaşından tez verilməsinə qarşıdırlar. Onların fikrincə, xurmanın tərkibində bəzi elementlər var ki, gec həzm olunur. Bu da körpə mədəsinə zərər verə bilər. İki yaşından sonra isə uşağa əvvəlcə xurmanın 1\5-i verilməlidir. Sonra yavaş-yavaş miqdarı artırmaq olar. Lakin gün ərzində bir dənəni keçməmək şərtiylə. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR