Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada 700 milyon qız eyni taleyi yaşayıb

Dünyada 700 milyon qız eyni taleyi yaşayıb

Date: 11 October 2016 22:56

“Uşaqların Xilası” (Save The Children) təşkilatı erkən yaşda ərə verilən qızlarla bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 11 oktyabr Dünya Qızlar Günü ilə bağlı hazırlanan hesabatda dünyada 18 yaşından kiçik 700 milyondan çox qızın ərə verildiyi qeyd edilib.

Ən qorxulusu budur ki, bu rəqəmin 2050-ci ildə 1,2 milyarda çatacağı gözlənilir.

Təşkilatdan bildirilib ki, Əfqanıstan, Yəmən, Hindistan, Somali kimi ölkələrdə hətta 10 yaşlı qız uşaqları da məcburi şəkildə evləndirilir.

Bu kimi hallar təhsil səviyyəsinin aşağı düşməsinə, cinsi xəstəliklərin artmasına, erkən hamiləliklə bağlı ölümlərin çoxalmasına səbəb olur.

Hesabatda həmçinin qızların həyat səviyyəsinə görə 144 ölkədə aparılan araşdırmanın nəticələri də təqdim olunub. Siyahıda ilk pilləni İsveç tutub.

Finlandiya, Norveç, Hollandiya və Belçika ilk beşlikdə yer alıb.

Qızların həyat səviyyəsinin ən aşağı olduğu ölkələr isə Mərkəzi Afrika Cümhuriyyəti, Çad və Niger olub.


Tags:  Dünyada 700 milyon qız eyni taleyi yaşayıb

RƏYLƏR


Top news